Bakı, TurkicWorld
ABŞ-ın vitse-prezidenti Kamala Harris İsrailə silah embarqosunu dəstəkləmədiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə ABŞ prezidentlik yarışında Demokratlar Partiyasından prezidentliyə namizəd olan Kamala Harrisin xarici siyasət üzrə müşaviri Phil Gordon sosial media hesabından paylaşım edib.
“Harris, Qəzzada mülki əhalinin müdafiəsi və beynəlxalq humanitar hüququn təmini üçün fəaliyyətini davam etdirəcək. Lakin, o, İsrailə qarşı silah embarqosunu dəstəkləmir.” - deyə paylaşımda qeyd edilib.
Hafiz Rufizoğlu