Son dəqiqə

İsrail İngiltərə Kir Starmer

İngiltərə İsrailə silah satışını dayandıra bilər

Bakı, TurkicWorld

İsrail hökumətinin bir müddət əvvəl İngiltərədə hakimiyyətə gələn Leyboristlər (işçi) Partiyası hökumətindən İsrailə silah satışını dayandırmasını gözlədiyi və digər ölkələrin də bu addımı atacağından narahat olduğu açıqlanmışdı.

TurkicWorld xəbər verir ki, Yediot Ahranot qəzetinin məlumatına görə, İngiltərədə Keir Starmerin rəhbərlik etdiyi yeni hökumət İsrailə silah satışını dayandırmağa hazırlaşır.

İsrail hökuməti hesab edir ki, Britaniya Tel-Əvivə müdafiə sənaye məhsullarının ixracı lisenziyasını yaxın günlərdə ləğv edəcək. Bildirilib ki, Təl-Əviv administrasiyası regiondakı digər ölkələrin də oxşar addımlar ata biləcəyindən narahatdır.

Onu da əlavə edək ki, Keir Starmerin rəhbərlik etdiyi İngiltərədəki yeni hökumət bir neçə gün əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Binyamin Netanyahu haqqında çıxardığı həbs qərarına əvvəlki hökumətin etdiyi etirazı geri götürüb.

Hökumət həmçinin Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) yanvar ayından etibarən kəsilən maliyyə dəstəyini bərpa etdirəcəyini açıqlamışdı.

Mövzuya görə xəbərlər