Son dəqiqə

Türkiyə PKK Rəcəb Tayyib Ərdoğan İraq Məhəmməd əl-Sudani

İraq PKK-nı qadağan edib

Bakı, TurkicWorld

İraq hökuməti çərşənbə axşamı Türkiyə ərazisində uzun müddətdir terror aktları həyata keçirən PKK terror təçkilatının fəaliyyətini ölkə ərazisində qadağan edib.

TurkicWorld xəbər verir ki, İraq Parlamentinin İnzibati İşlər Departamenti tərəfindən dərc edilən sərəncamda deyilir ki, baş nazir Məhəmməd Şia əl-Sudani bütün rəsmi yazışmalarda PKK-nın “qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası” kimi təsvir edilməsi üçün göstəriş verib.

Qeyd edək ki, bu, İraq hökumətinin bu günə qədər qrupun statusu ilə bağlı verdiyi ən aydın bəyanat olub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 10 ildən artıq müddətdə ilk dəfə aprel ayında İraqa səfər edib.

O zaman Ərdoğan, “Sudani ilə Türkiyəni İraq ərazisindən hədəf alan PKK terror təşkilatı və onun uzantılarına qarşı atacağımız birgə addımlar barədə məsləhətləşdiklərini” deyib.

Lakin İraq Türkiyədən fərqli olaraq, PKK-nı terror təşkilatı yox, qadağan olunmuş təçkilat kimi qəbul edib.

Mövzuya görə xəbərlər