Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı

Xan Yunusda bir gündə 150 ​​min insan didərgin düşüb

Bakı, TurkicWorld

Xan Yunusda bir gündə 150 ​​min insan didərgin düşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Düjarrik deyib.

Düjarrik qeyd edib ki, İsrailin hər bir "evakuasiya əmri" insanların həyatına mənfi təsir göstərir.

O, həmçinin İsrail ordusunun hücumdan əvvəl vərəqələr ataraq çox qısa müddətdə təxliyyə tələb etməsinin riskləri artırdığını vurğulayıb.

İnsanların özləri ilə heç nə götürmədən qaçmaq məcburiyyətində qaldığını qeyd edən Düjarrik, bu insanların getdiyi ərazilərdə heç bir infrastrukturun olmadığını da xatırladıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər