Son dəqiqə

Fələstin İsrail ABŞ

İsrail parlamentinin Fələstinlə bağlı qərarından məmnun deyilik

Bakı, TurkicWorld

İsrail parlamentinin Fələstinlə bağlı qərarından çox da məmnun deyilik.

TurkicWorld xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"ABŞ həm İsraillilər, həm də Fələstinlilər üçün sülh qurmaqda qərarlıdır” – deyə Patel bildirib.

Patel bunun iki dövlətli həll yolu ilə əldə olunacağına inandıqlarını və bu çərçivədə təmaslarını davam etdirəcəklərini qeyd edib.

Məlumat üçün bildirək ki, İsrail parlamentində “Fələstin dövlətinin yaradılmasına qarşı çıxan” təklif qəbul edilib.

Sözügedən təklifdə “Fələstin dövlətinin yaradılmasının İsrail dövləti və onun vətəndaşları üçün təhlükə yaradacağı” iddiası yer alıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər