Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı

Son 48 saatda 320 fələstinli qadağan olunmuş silahlarla öldürüb

Bakı, TurkicWorld

İsrail son 48 saatda “qadağan olunmuş silahlarla” 320 fələstinlini öldürüb və yaralayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Qəzza zolağındakı hökumət açıqlama verib.

Hökumətin media idarəsindən verilən açıqlamada, son 48 saatda 320 fələstinlinin öldüyü və yaralandığı hücumlarda istifadə edilən silahların "termal və ya kimyəvi silah deyilən silahlar" olduğu bildirilib.

Bildirilib ki, onların əksəriyyəti ABŞ istehsalı olan raket və bombalardan ibarətdir və onların insanlara qarşı istifadəsi beynəlxalq səviyyədə qadağandır.

Açıqlamaya görə, sözügedən silahların ölü və yaralıların bədən toxumalarında kimyəvi reaksiyaya səbəb olduğu qeyd edilib.

Məlumat üçün qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 694-ü uşaq, 10 min 279-u qadın olmaqla 38 min 664 fələstinli həyatını itirib, 89 min 97 nəfəri yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər