Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı

İsrailin Qəzzaya hücumu nəticəsində ölənlərin sayı 90-a yüksəlib

Bakı, TurkicWorld

İsrail ordusunun daha əvvəl "təhlükəsiz" olduğunu iddia etdiyi Qəzza zolağında Xan Yunus şəhərinin qərbində yerləşən Əl-Məvasi bölgəsində döyüş təyyarələri ilə həyata keçirdiyi hücumda ölənlərin sayı 90-a yüksəlib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyindən edilən açıqlamada qeyd edilib.

Bəyanatda, Mevasidə köçkünlərə və dinc əhaliyə qarşı törədilən vəhşi hücumda yarısı qadın və uşaq olmaqla 90 nəfərin öldüyü, 300 nəfərin isə yaralandığı, yaralananlar arasında vəziyyətinin ağır olduğu qeyd edilib.

Məlumat üçün qeyd edək ki, Nazirliyin əvvəlki açıqlamasında hücumda 71 nəfərin öldüyünü, 289 nəfərin yaralandığını bildirilmişdi.

"Fələstin xalqına qarşı qanlı qırğınlar törədən İsrailə silah və maddi dəstək verməkdə israr edərək bütün beynəlxalq qərarları pozan ABŞ Mevasi hücumuna görə məsuliyyət daşıyır" – deyə Fələstinin Rəyasət Heyətinin sözçüsü və informasiya naziri Nabil Əbu Rudeyne deyib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər