Son dəqiqə

ABŞ Rusiya Ukrayna

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı baş tutub

Bakı, TurkicWorld

ABŞ müdafiə naziri Lloyd Ostin və Rusiya müdafiə naziri Andrey Belousov arasında telefon danışığı baş tutub.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransında deyib.

Sinq bildirib ki, Ostin rusiyalı həmkarı ilə telefon danışığında Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi zamanı rabitə xətlərinin saxlanmasının vacibliyini vurğulayıb.

Görüşün Rusiya tərəfinin təşəbbüsü ilə keçirildiyini deyən Sinq iki müdafiə naziri arasında söhbətin təfərrüatlarının daha sonra açıqlanacağını qeyd edib.

Xatırladaq ki, Ostin və Belousov sonuncu dəfə iyunun 25-də telefonla danışıblar.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər