Son dəqiqə

Fələstin İran Məsud Pezeşkian

Biz Fələstinin yanındayıq - Pezeşkian

Bakı,TurkicWorld

İşğalçı İsrail rejiminə qarşı mübarizə aparmağı və Fələstin xalqını dəstəkləməyi humanitar və İslami bir vəzifə kimi görürük.

TurkicWorld xəbər verir ki, bu sözləri İran prezidenti Məsud Pezeşkian HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə yazdığı məktubda bildirib.

Pezeşkian məktubunda Fələstini dəstəkləməyə davam edəcəklərini, İsrail qırğınlarına qarşı müqavimətin məqsədinə çatacağını və Fələstinin azad ediləcəyinə inandığını vurğulayıb.

"Bu gün davam edən müharibədə ilahi zəfər Fələstin xalqının tərəfində qərar verəcək. Qüds və Fələstin azad edilənə qədər Fələstin müqavimətini dəstəkləyəcəyik",- deyə İranın yeni prezidenti bildirib.

Mövzuya görə xəbərlər