Son dəqiqə

Türkiyə Fələstin İsrail Qəzza zolağı

Türkiyə XİN İsrailin Qəzzadakı məktəbə hücumunu pisləyib

Bakı, TurkicWorld

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qəzzadakı məktəbə hücumunu pisləyib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayımlayıb.

“Xan Yunusda aşkar edilən kütləvi məzarlıqlar və son 4 gündə 4 məktəbin hədəfə alınması İsrailin Fələstin xalqını tamamilə məhv etməyi hədəflədiyinin sübutudur” – deyə açıqlamada qeyd edilib.

Bəyanatda vurğulanıb ki, bu hücumlar həm də İsrailin baş naziri Benyamin Netanyahu hökumətinin atəşkəs danışıqlarını pozmağı hədəflədiyini göstərir.

"İsrail rəsmiləri bütün insanlıq dəyərlərinə və beynəlxalq hüquqa məhəl qoymayan bu hərəkətlərə görə qanun qarşısında cavab verəcəklər" - bəyanatda bildirilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər