Son dəqiqə

ABŞ Co Bayden Donald Tramp

Baydenin səhhəti prezidentliyə uyğun deyil

Bakı.TurkicWorld:

ABŞ-da keçirilən sorğuda iştirakçıların 72 faizi ABŞ prezidenti Co Baydenin “prezident vəzifəsini yerinə yetirmək üçün normal psixi və idrak səviyyəsinə” sahib olmadığına inandıqlarını bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə CBS News/You Gov tərəfindən həyata keçirlən sorğunun nəticələrində qeyd edilib.

Nəticələrə görə, Amerikalıların 72 faizi hesab edir ki, Bayden “prezident kimi xidmət etmək üçün normal psixi və idrak səviyyəsinə” malik deyil.

Həmçinin, sorğuda qeyd edilib ki, Baydenin səhhətinə görə prezident seçkilərindən geri çəkilməli olduğuna inananların 46 faizi Demokratik partiyanın seçiciləridir.

Eyni sorğuda Respublikaçı namizəd Donald Trampın prezident olmaq üçün lazımi psixi və idrak sağlamlığın olub-olmaması ilə bağlı suala 50 faiz “bəli”, 49 faiz isə “yox” cavabını verib.

Qeyd edək ki. noyabrda keçiriləcək prezident seçkiləri üçün iyunun 27-də baş tutan ilk canlı yayım debatından sonra Baydenin sağlamlıq vəziyyəti ilə bağlı müzakirələr artmağa başlayıb.

Mövzuya görə xəbərlər