Son dəqiqə

Türkiyə Avropa çempionatı

Ərdoğan Türkiyə millisini təbrik edib

Bakı,TurkicWorld

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Türkiyə Millisini təbrik edib.

TurkicWorld xəbər verir ki, dünən Türkiyə Millisi 2024-cü il Avropa Futbol Çempionatının son 16 turunda Avstriyanı 2:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Qələbədən sonra Ərdoğan X sosial media hesabında paylaşım edib.

“Avropa Futbol Çempionatında Avstriyaya qalib gələn və 1/4 finala yüksələn Milli Futbol Komandamızı ürəkdən təbrik edirəm. Millimizə çempionluq yolunda uğurlar arzulayıram”,-deyə paylaşımda qeyd olunub.

Mövzuya görə xəbərlər