Son dəqiqə

İsrail Livan Hizbullah

İsrail Livanın cənubuna hava hücumu təşkil edib

Bakı, TurkicWorld

İsrail ordusu Livanın cənubundakı Hadasa qəsəbəsinə hava hücumu təşkil edib/

TurkicWorld xəbər verir ki, bu barədə Livan KİV-lər məlumat verib.

Agentlik, hava hücumundan sonra sözügedən qəsəbənin də artilleriya atəşinə tutulduğunu və ilk yardım qruplarının bölgəyə gəldiyini bildirib.

Hücum nəticəsində ölənlərin olub-olmadığı barədə məlumat verilməyib.

Digər tərəfdən Hizbullah verdiyi açıqlamada işğal altındakı Şebaa fermalarında yerləşən Ruveysa əl-Qarn hərbi məntəqəsinin birbaşa raketlərlə hədəf alındığını bildirib.

Xatırladaq ki, oktyabrın 7-dən Qəzza zolağına hücumlarını davam etdirən İsrail şimal sərhədində də Livan Hizbullahı ilə döyüşür.

Son həftələr İsrail və Livan arasında "Mavi xətt" adlanan sərhəd xəttində gərginlik artmaqdadır.

İsrail ordusu iyunun 18-də Livana mümkün hücum üçün “əməliyyat planını” təsdiqlədiyini açıqlayıb.

İsrailin xarici işlər naziri Yisrael Katz iyunun 21-də verdiyi açıqlamada Hizbullahın İsrail torpaqlarına və vətəndaşlarına hücumlarına icazə verilə bilməyəcəyini və tezliklə lazımi qərarları verəcəklərini bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər