Bakı. TurkicWorld:
İsrailin Qəzzaya hücumları 39 milyon ton dağıntıya səbəb olub.
TurkicWorld VOA-ya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) Qəzzaya hücumların ətraf mühitə təsiri ilə bağlı hesabat dərc edib.
“Qəzzada müharibənin ekoloji təsirləri görünməmiş dərəcədədir. Hücumlar Qəzza zolağında 39 milyon ton dağıntıya səbəb olub. Bu, Qəzzanın hər kvadratmetrinə 107 kiloqram dağıntının düşməsi deməkdir və 2017-ci ildə Mosuldakı münaqişədən 5 qat çoxdur” – deyə UNEP bildirib.
Qəzza cəmiyyətinin torpaq, su və hava çirkliliyi risklərinə məruz qaldığı, təbii ekosistemə dönməz ziyan vurulduğu diqqətə çatdırılıb.
Məlumatda dağıntılar altında basdırılmış cəsədlərin olduğu və bu məsələnin həssaslıq tələb etdiyi qeyd edilib.
Hafiz Rufizoğlu