Son dəqiqə

Hindistan

Hindistanda qatar qəzası nəticəsində ölən və yaralananlar olub

Bakı. TurkicWorld:

Hindistanda qatar qəzası nəticəsində ölən və yaralananlar olub.

TurkicWorld xəbər verir ki, qəza nəticəsində 8 nəfər ölüb, 60-a yaxın adam yaralanıb.

Hindistanın Qərbi Benqal əyalətində baş verən qatar qəzasında 8 nəfər ölüb, 60-a yaxın adam yaralanıb.

Qəzadan sonra qatarlardan birinə məxsus vaqon havada asılı vəziyyətdə qalıb.

Hadisə yerinə çoxlu axtarış-xilasetmə qrupu və təcili yardım maşınları göndərilib.

Xatırladaq ki, keçən il Hindistanın Orissa əyalətində üç qatarın iştirakı ilə baş verən qəzada təxminən 290 nəfər ölüb, mindən çox adam yaralanıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər