ABŞ rəsmiləri Hindistana səfər edəcək

ABŞ rəsmiləri Hindistana səfər edəcək

Bakı. TurkicWorld:

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və ABŞ dövlət katibinin müavini Kurt Kempbell aprelin sonunadək Hindistana səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Hindistanın "Times Now" telekanalı məlumat yayıb

Məlumata görə, ABŞ rəsmilərinin səfərləri ardıcıl olacaq, lakin dəqiq tarixlər açıqlanmayıb.

Qeyd olunub ki, Sallivan Hindistanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Acit Dovalla görüşəcək. Görüşdə Hind-Sakit okean regionundakı vəziyyət, kiritik əhəmiyyət kəsb edən və yeni texnologiyalar üzrə Hindistan-ABŞ təşəbbüsü çərçivəsində ikitərəfli əməkdaşlıq müzakirə olunacaq. Bundan başqa, İsveçrədə keçiriləcək Ukrayna konfransının da müzakirə oluna biləcəyi qeyd olunub.

Kempbellin isə Hindistanın xarici işlər nazirinin birinci müavini Vinay Kvatra ilə görüşü palanlaşdırılır.