Hindistan və Fransa Müdafiə Sənayesi Tərəfdaşlığı üçün Yol Xəritəsini qəbul ediblər

Hindistan və Fransa Müdafiə Sənayesi Tərəfdaşlığı üçün Yol Xəritəsini qəbul ediblər

Bakı. TurkicWorld:

Hindistan və Fransa Müdafiə Sənayesi Tərəfdaşlığı üçün Yol Xəritəsini qəbul ediblər.

TurkicWorld-un məlumatına görə, yol xəritəsi Emmanuel Makronun Respublika Günü qeyd etmələri üçün dövlət səfəri zamanı qəbul edilib.

Qeyd olunub ki, iki ölkə arasında mülki aviasiya, kosmik, elm, səhiyyə və tibb,sahəsində müqavilələr imzalanıb.

Hindistan Baş nazir Modi və Prezident Makron “Horizon 2047”də və 2023-cü ilin İyul Zirvə Toplantısının digər sənədlərində qeyd olunan ikitərəfli əməkdaşlıq və beynəlxalq tərəfdaşlığa dair ortaq baxışlarını bir daha təsdiqləyiblər.

Görüş zamanı uzunmüddətli qlobal çağırışlar və cari beynəlxalq hadisələrlə bağlı geniş müzakirələr aparıblar.

Hafiz Rufizoğlu