Hindistan Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq edib

Hindistan Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq edib

Bakı. TurkicWorld:

Hindistan öz vətəndaşlarına İran, Livan, İsrail və Fələstinə səyahət etmələri barədə xəbərdarlıq edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyi bildirib.

Bəyanatda, Hindistan vətəndaşlarına növbəti xəbərdarlığa qədər İran və İsrailə səfər etməmək tövsiyə olunub.

Bu ölkələrdə yaşayan hindlilərdən Səfirliklərlə əlaqə saxlamaları istənilib və bölgədəki vətəndaşlara təhlükəsizlik tədbirləri görmələri və ölkə daxilində hərəkətlərini məhdudlaşdırmaları tövsiyə edilib.

Xatırladaq ki, Tehran Dəməşqdəki konsulluğuna hücuma görə İsraildən qisas alacağını açıqlayıb.

Hafiz Rufizoğlu