Son dəqiqə

Fələstin İsrail Tel-Əviv Qəzza Benyamin Netanyahu

İsraillilər Netanyahu əleyhinə aksiya keçirib

Bakı. TurkicWorld:

İsraillilər Netanyahu əleyhinə aksiya keçirib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, İsrailin paytaxtı Təl-Əvivdə etiraz aksiyası keçirən on minlərlə insan Netanyahu hökumətinin istefasını, erkən seçkilərin keçirilməsini və Qəzzada israilli məhbusların evlərinə qaytarılmasını tələb edib.

Nümayiş zamanı tez bir zamanda atəşkəsin əldə edilməsinin vacibliyi vurğulanıb.

Xatırladaq ki, 18-25 fevral tarixində də İsraildə minlərlə insan baş nazir Benyamin Netanyahu hökumətinin istefası və erkən seçkilərin keçirilməsi tələbi ilə etiraz aksiyaları keçirib.

Nümayişçilər səsgücləndiricilərdən Netanyahu hökumətinin əleyhinə şüarlar səsləndirib. İsrail polisi nümayişçilərin ərazini tərk etməsinə mane olmaq üçün yük maşınları ilə yolu bağlayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər