Son dəqiqə

Çin Pakistan

Çin Pakistan üçün rabitə peykini orbitə buraxıb

Bakı,TurkicWorld:

Çin “Long March-3B” daşıyıcı raketindən istifadə edərək Pakistan üçün çoxməqsədli rabitə peykini uğurla orbitə buraxıb.

TurkicWorld xəbər verir ki, peykin kosmosa buraxılışı Pekin vaxtı ilə saat 20:12-də cənub-qərb Sıçuan əyalətindəki Siçan kosmodromundan baş verib.

Buraxılış Long March reaktiv daşıyıcıları üçün 524-cü idi.

Qeyd edək ki, Pakistanın çoxməqsədli rabitə peyki Çin Kosmik Elm və Texnologiya Akademiyası tərəfindən hazırlanıb. Peyk Pakistan və ətraf əraziləri əhatə etməli olan ekvator üzərində 15 il işləmək üçün nəzərdə tutulub. Peyk regiondakı istifadəçilərə televiziya, radio yayımı, gücləndirilmiş regional əlaqə, yüksək tutumlu genişzolaqlı internet və təkmilləşdirilmiş naviqasiya kimi müxtəlif xidmətlər təqdim edəcək.

Mövzuya görə xəbərlər