Son dəqiqə

Fələstin BMT İsrail Qəzza zolağı HƏMAS

Qəzza zolağındakı səhiyyə xidmətləri sıradan çıxıb

Bakı. TurkicWorld:

Qəzza zolağındakı səhiyyə xidmətləri sıradan çıxıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisi bildirib.

İsrailin hücumlarının fasiləsiz davam etdiyi Qəzza zolağının şimalında və Qəzza şəhərində səhiyyə xidmətləri tamamilə dayandırılıb.

Qəzzada hökumətin Media Ofisi tərəfindən edilən açıqlamada, səhiyyə xidmətlərinin dayandırılması səbəbiylə 700 min insanı təhdid edən humanitar fəlakət barədə xəbərdarlıq edilib.

Vurğulanıb ki, İsrail işğalı Fələstin xalqının müalicə və dərman başda olmaqla bütün həyat imkanlarını məhv etməyə davam edir.

Qəzza zolağının şimalında fəaliyyət göstərən sonuncu sağlamlıq mərkəzi olan Kemal Advan xəstəxanasının xəstə qəbulu və təcili yardım otağı dünən İsrail ordusunun artilleriya atəşi nəticəsində ciddi ziyan görüb.

İsrail ordusunun hücumu və xəstəxana ətrafını mühasirəyə alması səbəbiylə xəstəxana rəhbərliyi 12 dekabr 2023-cü ildə olduğu kimi yenidən basqın və ya hədəf alacağından qorxaraq yaralıları, xəstələri və tibb qruplarını təxliyyə etmək qərarına gəlib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər