Son dəqiqə

İtaliya zəlzələ

İtaliyada ard-arda zəlzələlər baş verib

Bakı. TurkicWorld:

İtaliyanın Neapol şəhəri yaxınlığındakı vulkanik bölgə olan Campi Flegreidə ötən gecə qeydə alınan ardıcıl zəlzələlər narahatlıq yaradıb.

TurkicWorld xəbər verir ki, bu barədə İtaliya mətbuatında yer alan xəbərlərdə qeyd edilib.

Ardıcıl baş verən zəlzələlərin ən böyüyünün 4,4 bal gücündə olduğu və bunun son 40 ildə qeydə alınan ən şiddətli zəlzələ olduğu bildirilib.

Zəlzələlərdə can və ya mal itkisi olmasa da, bəzi binalarda çatların əmələ gəldiyi, bəzi binaların fasadlarından parçaların düşdüyü qeyd edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər