Son dəqiqə

Fransa Paris

Paris hökumətinə qarşı üsyanda dörd nəfər həyatını itirib

Bakı,TurkicWorld

Fransanın dəniz kənarındakı ərazisi olan Yeni Kaledoniyada Paris hökumətinə qarşı üsyanda həyatını itirənlərin sayı dörd nəfərə çatıb.

TurkicWorld xəbər verir ki, Fransanın ali komissarı Lui Le Frank televiziya ilə keçirilən mətbuat konfransında bildirib ki, Fransanın idarə etdiyi adada üç bələdiyyədəki jandarmlar paytaxt Noumea şəhərində təxminən 5 min üsyançı ilə qarşılaşıb.

“200 nəfər həbs edilib, 64 jandarma və polis məmuru yaralanıb”,- deyə Le Frank əlavə edib.

Mövzuya görə xəbərlər