Son dəqiqə

Paris

Lamiyə Vəliyeva Paralimpiya çempionu olub

Bakı. TurkicWorld

Paris Yay Paralimpiya Oyunlarının 6-cı günündə daha bir paralimpiyaçımız öz gücünü sınayıb.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, paralimpiya və 4 qat dünya çempionu Lamiyə Vəliyeva T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda özünü yoxlayıb.

O, 11.76 saniyə nəticə ilə finiş xəttini birinci keçib. Lamiyə yeni dünya rekordunu müəyyənləşdirib. Paratletimiz Rio-2016 Paralimpiadasında ukraynalı Leilia Adjametovanın 11,79 saniyəlik nəticəsini yaxşılaşdırıb.

Qeyd edək ki, Azərbaycan yığması Paris-2024 Yay Paralimpiya Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Mövzuya görə xəbərlər