Son dəqiqə

Fransa

Biz müstəqil olmaq istəyirik - Thabit Ahmed

Bakı. TurkicWorld

Biz müstəqil olmaq istəyirik. Fransa komor xalqına qarşı güc tətbiq edərək, onların müstəqillik istəklərini boğmağa çalışır.

TurkicWorld xəbər verir ki, bunu Komor səfiri Habir Ahmed Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın işğalı altında olan Mayot adasına həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Fransadan tələb olunur ki, işğalı dayandırsın.

"BMT tərəfindən Komor müstəqil dövlət olaraq qəbul olunub. Lakin Fransa hazırda yarım əsrdir, qeyri-qanuni şəkildə beynəlxalq hüquqa qarşı çıxaraq öz işğalını davam etdirir".

Qeyd edək ki, Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın işğalı altında olan Mayot adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir.

"Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda Fransanın işğalına qarşı mübarizə aparan və Mayot adasının Qəmər Adaları İttifaqının (Komor Adaları İttifaqı - red.) tərkibinə geri qayıtmasına çalışan Qəmər Adaları İttifaqı, o cümlədən, Mayot adasının ictimai-siyasi xadimləri, elmi dairələrinin nümayəndələri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasi partiyalarının üzvləri, habelə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edir.

Konfransda Qəmər Adalarında Fransanın müstəmləkəçilik tarixi, Mayotun Fransa tərəfindən işğalı və bunun nəticəsində qəmərlilərə vurulmuş ziyan, Fransanın bu bölgədə müstəmləkəçilik siyasətinin geosiyasi və iqtisadi maraqları, habelə Qəmər Adaları İttifaqının Mayot adası ilə bağlı beynəlxalq təşkilatların mövqeyi müzakirə olunur.

Mövzuya görə xəbərlər