Bakı, TurkicWorld
Fransa-Almaniya ortaq telekanalında terror təşkilatı PKK-nın təbliğatı aparılıb.
TurkicWorld xəbər verir ki, sənədli filmdə terror təşkilatının Avropa quruluşu yer alıb və təşkilat üzvləri danışdırılıb.
Telekanalın terror təşkilatı PKK-nın təbliğatını apardığı sənədli filmdə Fransa Kommunist Partiyasından (PCF) keçmiş senator Lorens Koenlə müsahibə yer alıb.
Avropadakı bir çox terror təşkilatı liderinin danışdırıldığı sənədli filmdə Fransadakı PKK/KCK-ya bağlı qrupların çətir strukturu olan Kürd Demokratik Şurasının (CDK-F) həmsədri Şahin Polat, və CDK-F-nin sözçüsü Berivan Fırat, təşkilatın bu əlaqələri müdafiə etdiyi müsahibələr verib.
Sənədli filmdə PKK/KCK-nın Fransada və bütün Avropada necə maliyyələşdiyinə toxunulub və hər il Avropanın hər yerindən təşkilata təxminən 20 milyon avro pul axınının olduğu bildirilib.
Hafiz Rufizoğlu