Son dəqiqə

BMT İsrail Qəzza zolağı

Rəfahdakı tibb müəssisələri sıradan çıxır - BMT

Bakı. TurkicWorld:

Rəfahdakı tibb müəssisələri sıradan çıxır.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında deyib.

"Rəfahdakı tibb müəssisələri tezliklə sıradan çıxa və ya əlçatmaz ola bilər" – deyə o qeyd edib.

Düjarrik, İsrailin Rəfahdakı Ən-Nəccar xəstəxanasının dərhal boşaldılmasını tələb etdiyini bildirib.

Sözügedən xəstəxananın Qəzzada hələ də fəaliyyət göstərən yeganə dializ mərkəzinə sahib olduğuna diqqət çəkən Düjarrik, bu mərkəzin ən az 200 xəstə üçün həyat qaynağı olduğunu eyd edib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər