Son dəqiqə

İƏT Əfqanıstan

İƏT Əfqanıstanda məscidə edilən hücumu pisləyib

Bakı, TurkicWorld

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əfqanıstanın qərbindəki Herat şəhərindəki məscidə silahlı basqınçılar tərəfindən törədilən hücumu kəskin şəkildə pisləyib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Əfqanıstanın qərbində silahlı şəxslər namaz vaxtı məscidə hücum edərək ən azı 5 nəfəri öldürüblər.

İƏT Kabildəki səlahiyyətliləri ölkə daxilində dinc sakinlərinin qanının axıdılmasına son qoymaq, bu hücumun səbəbkarlarını müəyyən etmək və onları məsuliyyətə cəlb etmək üçün daha çox iş görməyə çağırıb.

İƏT həmçinin həlak olanların ailələrinə başsağlığı verib, yaralıların tam və tezliklə sağalmasını arzulayıb.

Mövzuya görə xəbərlər