Son dəqiqə

Əfqanıstan

Əfqanıstanda daşqınlar nəticəsində 50 nəfər ölüb

Bakı. TurkicWorld:

Əfqanıstanda daşqınlar nəticəsində 50 nəfər ölüb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Əfqanıstanın şimal və şimal-şərq bölgələrində yağan yağışlar daşqınlara səbəb olub.

Bu barədə ölkənin şimalındakı Baqlan şəhərinin Təbii Fəlakət Departamentinin rəhbəri Hedayətulla Həmdərd açıqlamasında bildirib.

Səlahiyyətlilər daşqından zərər çəkmiş ərazilərə təcili yardım işlərinə başlanıldığı barədə məlumat paylaşıblar.

Qeyd edək ki, Əfqanıstanda həddindən artıq yağışın səbəb olduğu daşqınlar hər il minlərlə insanın ölümünə səbəb olur.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər