Bakı,TurkicWorld
TAPI layihəsi üzərində işlərin başlanması Əfqanıstan və Türkmənistan arasında münasibətləri və dostluğu yaxşılaşdıracaq.
TurkicWorld xəbər verir ki, bu haqda Əfqanıstan İslam Əmirliyinin baş naziri Molla Məhəmməd Həsən Axund sentyabrın 11-də Heratda verdiyi bəyanatda bildirib.
Türkmənistanda keçirilən TAPI layihəsinin açılış nitqində Axund, "Bu layihə başda Əfqanıstan olmaqla qonşu dövlətlərlə yaxşı münasibətlər saxlayan Türkmənistanın ümummilli lideri, prezidenti və digər rəsmilərinin xoş niyyətlərini göstərir", - deyə qeyd edib.
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov iki ölkə arasında əlaqələrin bundan sonra da davam edəcəyini vurğulayaraq, Türkmənistanın Aşqabad və Kabil arasında əlaqələrin möhkəmlənməsi üçün daim çalışdığını bildirib.
Türkmənistan prezidenti videokonfrans vasitəsilə verdiyi açıqlamasında, "Türkmənistan və Əfqanıstan arasında yaxşı əlaqələr davam edir. TAPI layihəsinin və digər layihələrin işə salınması təkcə Əfqanıstan üçün deyil, həm də region ölkələri üçün faydalıdır. Türkmənistan Əfqanıstanla əlaqələrini gücləndirməyə çalışır",- deyə bildirib.
Mərasimdə Türkmənistan prezidenti həmçinin əlavə edib ki, TAPI layihəsi Əfqanıstanla əsl qardaşlığı və Türkmənistan siyasətində yeni dövrü təmsil edir.
“Türkmənistanın ümummilli lideri” kimi təqdim edilən Türkmənistan Xalq İşləri İdarəsinin prezidenti Kurbanqulu Berdiməhəmmədov, “Türkmənistanla Əfqanıstanın tarixi əlaqələri var və bu gün onlar qardaşlıq əlaqələrini dünyaya sübut etdilər. Türkmənistan Əfqanıstanla siyasi və iqtisadi əlaqələrini davam etdirir. Bu layihələr həm də regional təhlükəsizlik üçün vacibdir və Mərkəzi Asiyanı Cənubi Asiya ilə birləşdirəcək”, - detə sözlərinə əlavə edib.
Xatırladaq ki, Türkmənistan Əfqanıstanda səfirliyi açıq olan ölkələrdən biridir və bu yaxınlarda İslam Əmirliyinin Aşqabaddakı səfirini də rəsmi olaraq qəbul etmişdi.
Qeyd edək ki, TAPI layihəsi 1840 kilometr məsafəni əhatə edir ki, bunun da 214 kilometri Türkmənistanda tamamlanıb. Qalan işlər tezliklə Əfqanıstanda başlayacaq. Türkmənistandan gələn bu təbii qaz kəməri ilə Əfqanıstana 5 milyard kubmetr, Pakistana 14 milyard kubmetr və Hindistana 14 milyard kubmetr olmaqla ümumilikdə 33 milyard kubmetr təbii qaz nəql olunacaq.
Layihənin ümumi dəyərinin 10 milyard dollar olduğu təxmin edilir.
Əfqanıstanın xarici işlər naziri Əmirxan Müttəki, “TAPİ layihəsi hər il 33 milyard kubmetr qaz nəql edəcək ki, bunun da 5 milyard kubmetri Əfqanıstana, 14 milyard kubmetri isə Pakistan və Hindistana gedəcək”, - deyə qeyd edib.
Müttəki həmçinin vurğulayıb ki, TAPI layihəsinin həyata keçirilməsi müvafiq ölkələrin, o cümlədən Əfqanıstan, Türkmənistan, Pakistan və Hindistanın böyümə və inkişafında mühüm rol oynayacaq