Bakı, TurkicWorld
Taliban qadınların üzlərini, bədənlərini və səslərini evdən kənarda gizlətmələrini tələb edən qanun qəbul edib.
TurkicWorld xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) bazar günü etdiyi açıqlamada, Talibanın yeni əxlaq qaydalarına münasibət bildirib.
Belə ki, Taliban höküməti ictimai nəqliyyat və milli bayramlar kimi ictima məsələlər ilə bağlı yeni qanunlar qəbul edib.
Qanunun 114 səhifəlik, 35 məqalədən ibarət olduğu bildirilir.
Sözügedən qanunlar Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsindən bu yana dərc olunan ilk rəsmi əxlaq qanunlarıdır.
BMT-nin Əfqanıstandaki missiyasının nümayəndəsi Roza Otunbayeva qadınların üzlərini, bədənlərini və səslərini evdən kənarda gizlətmələrini tələb edən qanunların “onsuz da dözülməz olan məhdudiyyətləri” artırdığını bildirib.
Əxlaq və Fəzilət Nazirliyinə qanununları pozan şəxslərə qarşı xəbərdarlıq və həbs kimi cəzalar tətbiq etmək səlahiyyəti verilib.
Missiya yeni təsdiq edilmiş qanunun əfqan xalqına həmçinin BMT və digər humanitar yardımlara potensial təsirini nəzərdən keçirdiyini bildirib.
Əxlaq və Fəzilət Naziri Məhəmməd Xalid Hənəfi RTA telekanalının efirində etdiyi açıqlamada, heç kimin uyğun olmayan adət ənənələrə əsaslanaraq qadınların hüquqlarını pozmağa haqqı olmadığını bildirib.
Hənəfi “biz qadınların bütün hüquqlarını İslam şəriəti əsasında təmin etməkdə qərarlıyıq və bununla bağlı şikayəti olan hər kəsi dinləyəcəyik”, – deyə əlavə edib.
Qeyd edək ki, BMT tərəfindən qadınlara qarşı bu cür məhdudiyyətlərin davam etdiriləcəyi təqdirdə Talibanın siyasi hakimiyyətinin tanınmayacağı bildirilmişdi
Heç bir ölkə Talibanı tanımasa da, regionun bir çox ölkəsinin Talibanla əlaqələri var.
Xatırladaq ki, ötən çərşənbə günü Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Talibanın ölkədəki səfirinin etimadnaməsini qəbul etmişdi.
BƏƏ rəsmiləri bu qərarın humanitar yardımın davam etdirilməsi, inkişaf və yenidənqurma layihələrinin həyata keçirilməsi məqsədi daşıdığını bildirmişdi.
Xatırladaq ki, bundan öncə də Taliban tərəfindən qızların altıncı sinifdən sonra təhsilini dayandırması barədə qanun qəbul edilmişdi.
Qeyd edək ki, Otunbayeva sentyabrın 18-də Əfqanıstandakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına hesabat verəcək.