Əfqanıstanda daşqınlar nəticəsində 100-ə yaxın insan ölüb

Əfqanıstanda daşqınlar nəticəsində 100-ə yaxın insan ölüb

Bakı. TurkicWorld:

Əfqanıstanda daşqınlar nəticəsində 100-ə yaxın insan ölüb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Əfqanıstan mətbuatında yer alan xəbərə görə, daşqınlar ən çox can və mal itkisinə Qəzni, Paktiya, Cüzcan, Fərəh, Samanqan, Pervan, Hilmend və Nəngerhar vilayətlərində səbəb olub.

Əfqanıstan müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Molla Canan Saik, son 4 gündə ən azı 29 nəfərin həyatını itirdiyini, 11-14 aprel tarixləri arasında isə ən azı 33 nəfərin həyatını itirdiyini açıqlayıb.

Bəzi rayonlarda yağıntıların həddindən artıq yağması nəticəsində baş verən sürüşmələrdə də insan tələfatı olub.

Məlumat üçün qeyd edək ki, Əfqanıstanda qış aylarında havalar isindikcə yağan qarın əriməsi, leysan yağışlar və infrastrukturun qeyri-kafi olması nəticəsində baş verən daşqınlar can və mal itkisinin artmasına səbəb olur.

Hafiz Rufizoğlu