Türkiyə Cümhuriyyəti olaraq bütün türk dünyasının təhlükəsizliyi istiqamətində addımlar atmağa davam edəcəyik - Ərdoğan

Türkiyə Cümhuriyyəti olaraq bütün türk dünyasının təhlükəsizliyi istiqamətində addımlar atmağa davam edəcəyik - Ərdoğan

Bakı. TurkicWorld:

Bu il 100-cü ildönümünü qeyd edən Türkiyə Cümhuriyyəti olaraq bütün türk dünyasının sülhü, firavanlığı və təhlükəsizliyi istiqamətində addımlar atmağa davam edəcəyik.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanda Türk Dövrü” şüarı ilə keçirilən sammitdə çıxışı zamanı deyib.

"Rusiya-Ukrayna müharibəsinin enerji və qida kimi sahələrdə yaratdığı fəsadlar dünyaya mənfi təsir göstərir. Əfqanıstanda sülhün bərqərar olması bütün qitədə davamlı təhlükəsizlik və firavanlığa xidmət edəcəkdir. Türk Dövləti Təşkilatı üzvləri olaraq Əfqanıstan rəhbərliyinə verdiyimiz mesajlar önəmlidir",- deyə Ərdoğan bildirib.

Qeyd edək ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısı keçirilir.

Aytac Süleymanova