Son dəqiqə

Əfqanıstan Taliban

Taliban Əfqanıstana turist cəlb etməyə çalışır

Bakı, TurkicWorld

Bir çox ölkələr Taliban hakimiyyətə qayıtdıqdan sonra Əfqanıstanla əlaqələri kəsdi və heç bir ölkə onları ölkənin qanuni höküməti kimi tanımır. Digər tərəfdən bu ölkəyə viza ilə giriş çətin və bahalıdır.

TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, Taliban Əfqanıstada hakimiyyəti ələ ala bilsə də , ölkənin səfirliklərində bu belə deyil. Əfqanıstan səfirlikləri ya bağlanıb, ya da fəaliyyətini dayandırıb.Qərbin dəstəklədiyi administrasiyadan olan şəxslərin işlədiyi səfirliklər və konsulluqlarla Taliban administrasiyasının tam nəzarəti altında olanlar arasında hakimiyyət uğrunda mübarizə davam edir.

Taliban hökümətinin qarşısında bir çox ciddi məslələr dursa da bu gün taliblər plkədə turizmi canlandırmağa çalışırlar. Təbbi ki, bu o qədər də asan deyil, lakin taliblər hesab edir ki, tətbiq etdikləri şəriət qaydaları çərşivəsində bu mümkündür.

Turizmə əngəl olan məqamlardan biri də, ölkənin bəzi yerlərində yarı asfaltlanmış və ya ümumiyyətlə mövcud olmayan yol şəbəkəsidir. Digər bir tərəfdən aviaşirkətlər əsasən Əfqanıstanın hava məkanından yayınır.

Paytaxt Kabil ən çox beynəlxalq uçuşlara malikdir, lakin Əfqanıstanın heç bir hava limanında Çin, Avropa və ya Hindistan kimi əsas turizm bazarları ilə birbaşa marşrutlar yoxdur.

Bütün bunlara baxmayaraq, Əfqanıstanın bir turizm mərkəzinə çevrilməsi ambisiyası Talibanın yüksək liderləri tərəfindən dəstəklənir.

Bilindiyi kimi, Taliban qadınlar üçün geyim qaydaları tətbiq edib və onlar üçün səyahət zamanı bir kişi qəyyum, ya da məhrəm olması tələbi irəli sürüb. Təbii ki bu tələb şəriətə uyğun olaraq tətbiq edilib.

Tək yemək yemək, tək səyahət etmək və ictimai yerlərdə digər qadınlarla ünsiyyət qurmaq çətinləşib. İdman salonlarının qadınlar üçün bağlanması və gözəllik salonlarının qadağan edilməsi ilə onların evdən kənarda görüşə biləcəyi yerlər azalıb.

Ölkənin daha çox xaricdən gələn ziyarətçilərə hazırlaşdığına işarə olaraq,

Taliban hakimiyətinin Əfqanıstanda bərpasındna sonra , ölkənin yeganə beşulduzlu oteli Serena, bir aylıq bağlanmı. Lakin daha sonra bu otel yenidən açıldı, oteldə yalnız əcnəbi qadınların girə biləyəyi ilk və tək qadın spa və gözəllik salonu var.

Əcnəbilər spa və gözəllik salonu xidmətindən istifadə etmək üçün pasportlarını göstərməlidirlər. Şəxsiyyət vəsiqəsində “Əfqanıstanda doğulmuş” yazılan qadınlara buraya girişə qadağa qoyulub.

Qeyd edək ki, Əfqanıstanda Turizm və Otelçilik İnstitutunda qadın tələbə yoxdur, lakin ölkənin turizm bürosunda qadın məmurlara rast gəlmək olar.

Mövzuya görə xəbərlər