Kabilin şərqinə bombalı hücum edilib

Kabilin şərqinə bombalı hücum edilib

Bakı. TurkicWorld:

Əfqanıstanın paytaxtı Kabilin şərqinə bombalı hücum edilib.

TurkicWorld AzerPress-ə istinadən xəbər verir ki, bu barədə Kabil Polis İdarəsinin sözçüsü Xalid Zadran mətbuata açıqlama verib.

Zadran, Kabilin şərqindəki Aloxayl bölgəsində axşam saatlarında sərnişin avtomobilinə yerləşdirilən maqnit bombasının partlaması nəticəsində ən azı üç nəfərin öldüyünü, dörd nəfərin isə yaralandığını bildirib.

Təhlükəsizlik qüvvələrinin bölgəyə gəldiyini qeyd edən Zadran, hadisə ilə bağlı bir şübhəlinin həbs olunduğunu bildirib.

Məlumat üçün qeyd edək ki, bombalı hücumu heç bir terror təşkilatı öz üzərinə götürməyib.

Hafiz Rufizoğlu