Türkmənistanda yeni kombinə edilmiş elektrik stansiyası tikiləcək

Türkmənistanda yeni kombinə edilmiş elektrik stansiyası tikiləcək

Bakı. TurkicWorld:

Türkmənistanın qərb bölgəsindəki Balkan vilayətində 1 574 meqavat gücündə yeni kombinə edilmiş elektrik stansiyası tikiləcək.

TurkicWorld-un məlumatına görə, hazırda Türkmənistandan elektrik enerjisi Mərkəzi Asiya ölkələrinə, o cümlədən Özbəkistan, Qırğızıstan, İran və Əfqanıstana verilir.

Yeni qurğunun istifadəyə verilməsi ilə milli enerji sisteminin gücü daha da artacaqdır. Nəticədə daxili istehlakçıların enerji təchizatının etibarlılığı, iqtisadiyyatın ixrac potensialı artacaq və yeni iş yerləri yaranacaq.

Enerji obyektlərinin tikintisi zamanı ətraf-mühitə mənfi təsirin azaldılmasına kömək edən müasir texnologiyalardan istifadəyə böyük diqqət yetiriləcək.

Buna misal olaraq rayonda analoqu olmayan Mari su elektrik stansiyasının bazasında tikilmiş kombinə edilmiş dövrəli qaz elektrik stansiyasını göstərmək olar.