Son dəqiqə

Fələstin İsrail Qəzza HƏMAS

Həmas-İsrail razılaşması “günlər ərzində” tamamlana bilər

Bakı, TurkicWorld

HƏMAS hərəkatı ilə İsrail arasında atəşkəs danışıqları və məhbusların mübadiləsi , bir neçə gün ərzində əldə oluna bilər.

TurkicWorld xəbər verir ki, vasitəçilərə yaxın mənbə bildirdi ki, Misirin təklifi hər iki tərəf tərəfindən qəbul edilir, lakin problem HƏMAS hərəkatının saxladığı yaş qrupundakı məhbusların sayı ilə əlaqədardır.

HƏMAS hərəkatı daha əvvəl bildirib ki, qocalar, xəstələr və qadınlar da daxil olmaqla 20 məhbusun şəxsiyyətini müəyyənləşdirə bilib, israillilər isə 35-40 məhbusun azad edilməsini tələb edir.

HƏMAS hərəkatı Qəzza zolağında müharibənin bitdiyini elan etmək üçün əvvəlki tələbindən hələ də əl çəkməyib, lakin indi bu məsələni atəşkəs dövründə və razılaşmanın birinci hissəsinin icrasını müzakirə etməyə hazırdır.

Qeyd edək ki, bu arada İsrail hələ də Rafahdakı quru əməliyyatı ilə hədələyir ki, razılaşmada irəliləyiş əldə etmək üçün HƏMAS hərəkatına daha çox təzyiq göstərsin.

Mövzuya görə xəbərlər