Bakı, TurkicWorld
Bütün QHT, assosiasiya, dərnək təmsilçilərimizi əməkdaşlığa dəvət edirik.TurkicWorld xəbər verir ki , bu haqda MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli “X” sosial şəbəkəsində yazib.
O qeyd edib ki, bu gün ölkəmizdə sahibkarlar üçün münbit ticari-iqtisadi mühit formalaşmışdır. Sahibkarlıq fəaliyyəti ölkə başçımızın diqqət mərkəzindədir.
“Dövlət tərəfindən investisiya və yeni iş yerlərinin yaradılması, sənaye parkları, sənaye məhəllələrinin yaradılması, təşfiqlər, subsidiyalar və s. ilə bağlı son illər ərzində görülən işlər, müşahidə etdiyimiz strategiya qeyd etdiklərimin bariz nümunəsidir”-deyə Cabirli bildirib.
Onun sözlərinə görə, sahibkarlığın inkişafı üçün QHT, assosiasiya və dərnəklərin təşkil etdiyi forumlar, netvorkinq, b2b görüşlər və s. fəaliyyətlər ticarətin artırılması və investisiya qoyuluşları üçün önəm kəsb edir və təqdirə layiqdir.
“Lakin məhsuldarlığın, effektivliyin artırlması üçün düşünürəm ki, qeyd olunan qurum və quruluşların öz aralarında əlaqələri sinerji təşkil etməsi baxımından xüsusilə əhəmiyyətlidir.”-deyə MÜSİAD Azərbaycan rəhbəri bildirib.
Cabirli hesab edir ki, sahibkar əgər bir qurumda təmsil olunursa digər qurumun tədbirlərindən, fəaliyyətlərindən kənarda qalmamaq üçün hər iki, üç, dörd, beş və s. qurumda üzv olması, üzvlük haqqı ödəməsi şərt olmamalıdır.
“Bu ən azından israfdır, sahibkar üçün əlavə xərcdir.Bu səbəbdən qurumlar öz aralarında onlara üzv sahibkarların maraqlarından çıxış edərək üzvlərinin bütün fəaliyyətlərdə iştirakını təmin etməyə çalışmalıdır. Beləcə, biz daha məqsədyönlü fəaliyyət göstərərək faydalı nəticələr əldə edə bilərik. Çünki məqsədimiz sadəcə kəmiyyət deyil, keyfiyyətdir. Mən bütün QHT, assosiasiya, dərnək təmsilçilərimizi bu istiqamətdə əməkdaşlığa dəvət edirəm. Dəyərli Sahibkarlar, hörmətli QHT, assosiasiya və dərnək rəhbərləri, gəlin hədəflərimiz doğrultusunda birlikdə daha gözəl Azərbaycan üçün gücümüzü birləşdirək ! ”- deyə o bildirib.
Bütün QHT, assosiasiya, dərnək təmsilçilərimizi əməkdaşlığa dəvət edirik !
— Rashad Jabirli (@jabirli) May 17, 2024
Bu gün ölkəmizdə sahibkarlar üçün münbit ticari-iqtisadi mühit formalaşmışdır. Sahibkarlıq fəaliyyəti ölkə başçımızın diqqət mərkəzindədir. Dövlət tərəfindən investisiya qoyuşulşları və yeni iş… pic.twitter.com/MMSE61noQp