Fələstinin BMT üzvlüyünə veto qoyulması utanverici haldır – Mahmud Abbas

Fələstinin BMT üzvlüyünə veto qoyulması utanverici haldır – Mahmud Abbas

Bakı. TurkicWorld:

ABŞ-ın Fələstinin BMT üzvlüyünə veto qoyması utancverici haldır.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Fələstin prezidenti Mahmud Abbas deyib.

O bildirib ki, bu, Fələstin xalqının hüquqlarına, tarixinə, torpağına və müqəddəsliklərinə açıq hücum və beynəlxalq ictimaiyyətin iradəsinə meydan oxumaq deməkdir.

“Dünya beynəlxalq hüququn tətbiqinə və Fələstinin hüquqlarının yanında olmağa razılaşsa da, Amerika işğalı dəstəkləməyə davam edir və hələ də İsraili soyqırım müharibəsini dayandırmağa məcbur etməkdən imtina edir, hətta İsraili silah və pulla təmin edir.” – deyə Abbas bildirib.

Mahmud Abbas qeyd edib ki, ABŞ iki dövlət həlli və regionda sülhün təmin olunması ilə bağlı verdiyi bütün vədləri yerinə yetirməyib.

Xatırladaq ki, ABŞ Əlcəzairin Fələstinə BMT-yə tam üzv olmaq hüququ verən qətnamə layihəsinə qarşı veto hüququndan istifadə edib.

Təhlükəsizlik Şurasında keçirilən səsvermədə 12 ölkə Fələstinin tam üzvlüyünə səs verib, iki ölkə, İngiltərə və İsveçrə bitərəf qalıb, ABŞ qətnamə layihəsinə veto qoyub.

Hafiz Rufizoğlu