Son dəqiqə

Türkiyə PKK ABŞ

ABŞ PKK-ya hava hücumundan müdafiə sistemi göndərib

Bakı. TurkicWorld:

Türkiyənin İraqın şimalında PKK terror təşkilatına qarşı hava əməliyyatlarının qarşısını ala bilməyən ABŞ terrorçulara hava hücumundan müdafiə sistemi göndərib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, ABŞ təkcə hava hücumundan müdafiə sistemləri göndərməklə kifayətlənməyərək, həmçinin bu sistemlərdə radar, komanda-nəzarət və elektron döyüş sistemləri kimi hədəfləri məhv etmək üçün 200 “radiasiya raketi” göndərib.

Məlumata əsasən, PKK hava hücumundan müdafiə sistemlərini Qara ərazisində quraşdırıb.

Bundan əlavə, Suriyada ABŞ-ın nəzarətində olan ərazilərdə istehsal edilən kamikadze PUA-lar, raketlər fevral ayında ABŞ tərəfindən PKK-ya çatdırılıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər