Son dəqiqə

Ekvador

Ekvadorda qarşıdurmalar nəticəsində 20-ə yaxın insan ölüb

Bakı. TurkicWorld:

Ekvadorda qarşıdurmalar nəticəsində 20-ə yaxın insan ölüb.

TurkicWorld xəbər verir ki, Ekvadorun Manta, Manabi və Quasmo şəhərlərində təhlükəsizlik qüvvələri ilə dəstələr arasında qarşıdurma yaşanıb.

Hadisələrdə biri əsgər olmaqla 17 nəfər həyatını itirib.

Səlahiyyətlilərin verdiyi açıqlamaya görə, qarşıdurma həftə sonu 5 nəfərlik turist qrupun zorla saxlanılması ilə başlayıb.

Toqquşmalarda turistlərin sağ-salamat xilas edildiyi, çoxlu sayda dəstə üzvünün öldürüldüyü paylaşılıb.

Xatırladaq ki, bir müddətdir ölkə daxilində təhlükəsizlik böhranı ilə mübarizə aparan Ekvador hökuməti, narkotik dəstəsinin lideri Fito ləqəbli Adolfo Macias və bir neçə məhbusun Quayas şəhərindəki həbsxanadan qaçmasından və polis maşınlarına bombalı hücumlardan sonra yanvarın 9-da 60 gün müddətinə fövqəladə vəziyyət elan edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər