Son dəqiqə

Ekvador

Ekvadorda 5,7 bal gücündə zəlzələ olub

Bakı,TurkicWorld

Ekvadorda 5,7 bal gücündə zəlzələ baş verib.

TurkicWorld-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Ambato şəhərindən 91 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 40 km dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.

Mövzuya görə xəbərlər