Bakı. TurkicWorld:
Fələstin İnvestisiya Fondunun prezidenti Məhəmməd Mustafa Fələstinin yeni baş naziri təyin edilib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Fələstin prezidenti Mahmud Abbas qərar verib.
Məlumat üçün qeyd edək ki, Fələstin prezidenti Abbas fevralın 26-da baş nazir Məhəmməd Ştiyye hökumətinin istefasını qəbul edib.
Ştiyye işğal altındakı İordan çayının qərb sahilində Ramallahda keçirilən həftəlik Nazirlər Kabinetinin iclasında istefa ərizəsini prezident Abbasa təqdim etdiyini açıqlayıb.
Ətraflı bax: Məhəmməd Mustafa kimdir?
1954-cü ildə anadan olan Mustafa 2022-ci ildən Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin üzvüdür. Əvvəlki hökumətlərdə Baş nazirin müavini və İqtisadiyyat naziri vəzifələrində çalışmış Mustafa 2005-ci ildən Fələstin Azadlıq Təşkilatına bağlı iqtisadi qurumları idarə edən ən mühüm fondlardan biri olan Fələstin İnvestisiya Fondunun sədridir.
Hafiz Rufizoğlu







