Son dəqiqə

Fələstin Qəzza zolağı Qəzza İsrail və Qəzza münaqişəsi Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Qəzzadan fələstinlilərin çıxarılması Qəzzada müharibənin sonu Qəzza müharibəsi diplomatiyası Qəzza müharibəsi 2025 Qəzzada müharibə cinayətləri

İsrail Qəzzada atəşkəsi pozaraq hücumlarını davam etdirir

BAKI, TurkicWorld, Nailə Babazadə

İsrail ordusu, qüvvədə olan atəşkəsə baxmayaraq, gecə boyunca işğal altında saxladığı Qəzza bölgələrinə həm hava, həm dəniz, həm də quru hücumları ilə intensiv bombardman edib.

TurkicWorld xəbər verir ki, İsrail qüvvələri Qəzzanın şimalındakı Beyt Lahiya və Bureyc Mülteci Kampı, cənubdakı Refah şəhəri, Xan Yunusun şərqindəki Karara və Beni Suheyla bölgələrini hədəf alıb. Təyyarələr Şucaiyye və Tubas məhəllələrinə hava zərbələri endirib, zirehli birliklər Zeytun Məhəlləsinin şərqini atəşə tutub. Dəniz qüvvələri sahil boyu hədəfləri bombalayıb.

Qeyd edək ki, HƏMAS ilə 10 Oktyabrda imzalanan atəşkəsi pozan İsrail ordusu, Fələstinlilərə qarşı hücumlarını davam etdirir. Qəzza Hökumətinin Medya Ofisi bildirib ki, 10 Oktyabrdan bəri atəşkəs 497 dəfə pozulub və hücumlarda 342 Fələstinli həyatını itirib.

Mövzuya görə xəbərlər