Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı

İsrail Qəzzada yardım gözləyənlərə daha bir hücum təşkil edib

Bakı. TurkicWorld:

İsrail Qəzzada yardım gözləyənlərə daha bir hücum təşkil edib.

TurkicWorld-un məlumatına görə, hücum zamanı çoxlu sayda fələstinli ölüb və yaralanıb.

“İsrail qüvvələri Qəzza şəhərinin cənubundakı Əl-Küveyti qovşağında "dəhşətli qətliam" törədib və bu qətliamda çoxlu sayda insanın ölüb və yaralanıb.” – deyə Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra deyib.

Bu gün İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsindəki Deyr-Belahda humanitar yardım maşını hədəf alması nəticəsində doqquz nəfər ölüb, onlarla insan yaralanıb.

Xatırladaq ki, İsrail ordusu bundan əvvəl də fevralın 29-u səhər saatlarında Qəzza şəhərinin cənubunda, Qəzza zolağının şimaldan cənuba birləşdirən Rəşid küçəsindəki Nablusi qovşağında bomba və atəş açaraq humanitar yardım gözləyən fələstinliləri hədəf almışdı.

İsrailin humanitar yardım gözləyən fələstinlilərə hücumunda 118 nəfər ölüb, 760 nəfər yaralanıb.

Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 70 mindən çox adam isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər