Son dəqiqə

Fələstin İsrail

Fələstinlilərin öz dövləti olmalıdır – Olmert

Bakı. TurkicWorld:

Fələstinlilərin öz dövləti olmalıdır.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə İsrailin keçmiş baş naziri Ehud Olmert deyib.

“Fələstinlilərin öz dövləti olmalıdı və onlar öz müqəddəratını təyinetmə hüququndan istifadə etməlidirlər.” – deyə o bildirib.

Olmert qeyd edib ki, Ben-Qvir və Smotriçin məskunlaşmaçıları təhrik etməsi İsrail dövləti üçün ciddi təhlükə yaradır.

“Netanyahu hökuməti bir qrup sərt xətt tərəfdarı üzərində qurulub. Onlar hesab edirlər ki, İordan çayının qərb sahili İsrailin bir hissəsi olmalıdır.” – deyə keçmiş baş nazir bildirib.

Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 70 mindən çox adam isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər