İsrailin son 24 saatda Qəzzaya hücumlarında 100-ə yaxın fələstinli öldürülüb

İsrailin son 24 saatda Qəzzaya hücumlarında 100-ə yaxın fələstinli öldürülüb

Bakı. TurkicWorld:

İsrail qüvvələrinin son 24 saatda Qəzza zolağına hücumlarında daha 92 fələstinli həyatını itirib, 156 nəfər yaralanıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, hücumlar zamanı ölənlərin sayı 30 min 320, yaralananların sayı isə 71 min 533-ə çatıb.

Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 70 mindən çox adam isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

X: Lamanasadli01