Son dəqiqə

Fələstin İsrail Qəzza

Beynəlxalq Amnistiya Təşkilatı yardım gözləyən fələstinlilərin öldürülməsi ilə bağlı istintaq tələb edib

Bakı. TurkicWorld:

Beynəlxalq Amnistiya Təşkilatı Qəzzada yardım gözləyən fələstinlilərin İsrail tərəfindən öldürülməsi ilə bağlı istintaq tələb edib.

TurkicWorld AzerVoice-a istinadənxəbər verir ki, təşkilat bu barədə öz rəsmi X sosial media hesabında paylaşım edib.

"Qəzzanın şimalında ərzaq yardımı gözləyən çoxlu sayda fələstinlinin öldüyü və yaralandığı hadisə ilə bağlı təcili araşdırma aparılmalıdır”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər