Bölgədə sülhün bərpası üçün müstəqil Fələstin dövləti qurulmalıdır – İordaniya Kralı

Bölgədə sülhün bərpası üçün müstəqil Fələstin dövləti qurulmalıdır – İordaniya Kralı

Bakı. TurkicWorld:

Bölgədə sülhün bərpası üçün müstəqil Fələstin dövləti qurulmalıdır.

TurkicWorld-un məlumatına görə, bu barədə İordaniya Kralı II Abdullah Misir Prezidenti Əbdülfəttah Əl Sisi ilə telefon danışığı zamanı deyib.

Görüş zamanı Qəzzada atəşkəs, mülki əhalinin müdafiəsi və humanitar yardımın çatdırılması üçün sıx koordinasiyanın davam etdirilməsinin vacibliyi vurğulanıb.

İki lider Qəzzada humanitar vəziyyətin pisləşməsi ilə bağlı xəbərdarlıq edərək, beynəlxalq ictimaiyyəti tədbir görməyə çağırıb.

Görüş zamanı fələstinlilərin tam qanuni hüquqlarını, o cümlədən paytaxtı Şərqi Qüds olmaqla 4 iyun 1967-ci il xəttində müstəqil və suveren dövlətlərinin qurulması dəstəklənib.

Qeyd olunub ki, Bölgədə sülhün və rifahın bərpası üçün müstəqil Fələstin dövləti qurulmalıdır.

Hafiz Rufizoğlu