Bakı. TurkicWorld:
Səudiyyə Ərəbistanı rəsmi olaraq BRİKS-ə qoşuldu və təşkilatın tamhüquqlu üzvü oldu.
TurkicWorld-un məlumatına görə, bu barədə krallığın "Al Ekhbariya" dövlət telekanalı bildirib.
"Krallığın Rusiya, Çin və digər ölkələrin daxil olduğu BRİKS qrupuna tamhüquqlu üzvlüyü rəsmən başlayıb ki, bu da onun dünyada mövqeyini gücləndirir", - deyə qeyd olunub.
Bildirilib ki, avqust ayında təşkilat planetin ən böyük enerji istehsalçılarını inkişaf etməkdə olan ölkələrin ən böyük istehlakçıları ilə birləşdirərək altı ölkəni qoşulmağa dəvət etdi.